
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir. “Neftçi” İdman Klubunun yığma komandamızın heyətində ölkəmizi təmsil edən yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Ulan Uluya tam üstünlüklə (9:0) qalib gələrək dünya çempionatında bürünc medala yiyələnib.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərimizdən Giorgi Meşvildişvili (125 kq) mötəbər yarışın gümüş medalına sahib olub. Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıblar.