
Qılıncoynatma üzrə Bakı şəhər çempionatı keçirilib.
“Neftçi” İdman Klubunun yetirmələri yarışın 3 medalına sahib çıxıblar.
İdmançılarımızdan Maqsud Hüseynli kişilər arasnda təşkil olunan sablya yarışında bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Əkbərov isə gümüş medal qazanıb.
Qadın sablyaçıların mübarizəsində isə Zərifə Hüseynova inamla çıxış edib və qızıl medala sahib olub.

