“Neftçi” İdman Klubunun paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının üçüncü günündə gümüş medal qazanıb.

İdmançımız 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 24:27 nəticə ilə ikinci yeri tutub.

Xatırladaq ki, Raman Saley çempionatın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzməkdə 1:01.58 nəticə ilə qızıl, ikinci günündə isə 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda 58.17 nəticə ilə bürünc medala yiyələnib.