
“Neftçi” İdman Klubunun yetirməsi Vüsal Əliyev (80 kq) Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının 4-cü mərhələsində uğurla çıxış edib.
A qrupunda yer alan idmançımız ikinci yerin sahibi kimi dörddəbir finala yüksəlib. Moldovalı Qabriel Oyoq və iranlı Abdullah Şeyxazami üzərində qələbə qazanaraq adını finala yazdıran Vüsal Əliyev həlledici görüşdə İranın digər təmsilçisi Əli Qulamiyə məğlub olub və turnirin gümüş medalına layiq gürülüb.
Qeyd edək ki, Dünya Seriyasının final mərhələsi 18-19 oktyabrda Misirin İsgəndəriyyə şəhərində keçiriləcək. Həmin yarışda hər çəki üzrə dünya çempionları müəyyənləşəcək və çimərlik güləşi mövsümünə yekun vurulacaq.