• Sentyabr 29, 2025
  • Redactor Neftchi
  • 0

Futbol üzrə Azərbaycan çempionatının II Liqasında IV turun oyunlarına start verilib.
“Qaradağ Lökbatan” bu tur çərçivəsində “Araz Saatlı”nın qonağı olub. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada təmsilçimiz rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Qəzənfər Abbasovun yetirmələrindən Sabir Allahquliyev (19′), Ramil Orucov (29′) və Tofiq Nəsibov (43′) adlarını tabloya yazdırıblar.