
“Neftçi” İdman Klubunun paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında daha bir gümüş medal əldə edib. Təmsilçimiz bu dəfə 50 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P4) 221.6 xalla ikinci yeri tutub.
Xatırladaq ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda yarışında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) Aybəniz Babayeva ilə birlikdə gümüş medal qazanmışdı.