III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında güllə atıcılığı üzrə yarışlara yekun vurulub.

“Neftçi” İdman Klubunun güllə atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda gümüş medala layiq görülüb.

Xatırladaq ki, daha əvvəl samboçularımız MDB Oyunlarında 3 (1 qızıl, 1 gümüş, 1 bürünc), güləşçilərimiz 7 (1 qızıl, 4 gümüş, 2 bürünc), boksçularımız 5 (1 qızıl, 4 bürünc) medala sahib olublar. Qılıncoynadanlarımız isə 1 gümüş medal əldə ediblər.

Qeyd edək ki, klubumuz turnirdə 7 idman növündə 20 idmançı ilə təmsil olunur.