“Neftçi” İdman Klubunun paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında qızıl medala sahib çıxıb. İdmançımız 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P1) 235.6 xalla liderliyə yüksəlib.

Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda yarışında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) və 50 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P4) 221.6 xalla gümüş medal əldə etmişdi.