
Futbol üzrə İkinci Liqada V turun oyunlarına yekun vurulub.
Turun mərkəzi qarşılaşmasında “Qaradağ Lökbatan” turnir cədvəlinin lideri “Xankəndi” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan oyun çox maraqlı və gərgin mübarizə şəraitində keçib. Daha əzmkar oyun sərgiləyən Qəzənfər Abbasovun yetirmələri güclü rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər. Vurulan qollara Rövşən Şahmuradov (68) və Şahin Zəkiyev (80, ö/q) imza atıblar.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 12-yə çatdıran “Qaradağ Lökbatan” turnir cədvəlinin liderliyinə yüksəlib.







