
Futzal üzrə Yüksək Liqada V turun oyunları keçirilib.
Turun mərkəzi oyununda “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib. “Olimpik Star”da reallaşan və gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçimiz güclü rəqibi üzərində 5:4 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Neftçi” komandası hazırda 13 xalla turnir cədvəlində liderliyini davam etdirir.
