
“Neftçi” İdman Klubunun cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pri turnirində daha bir qızıl medala sahib olublar. İdmançımız Hidayət Heydərov (73 kq) finalda Çexiya təmsilçisi Husniddin Kərimovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, daha əvvəl cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) qızıl, Əhməd Yusifov (60 kq) isə bürünc medal qazanmışdı.