
Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasın final mərhələsi keçirilib. “Neftçi” İdman Klubunun təmsilçisi Vüsal Əliyev (80 kq) yarışda gümüş medala layiq görülüb.
Final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladıqları xallar hesablanıb və hər çəki üzrə yekun üçlük müəyyənləşib. Nəticədə klubumuzun yetirməsi Vüsal Əliyev 80 kiloqram çəki dərəcəsində dünya çempionu adını qazanıb.