• Oktyabr 20, 2025
  • Redactor Neftchi
  • 0

Meksikanın Qvadalaxara şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.
Yarışın sonuncu günündə “Neftçi” İdman Klubunun təmsilçisi Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxıb. Turnirdə inamla mübarizə aparan idmançımız finalda ikiqat Olimpiya çempionu Lukaş Krpalekə (Çexiya) ipponla qalib gəlib və qızıl medala sahib olub.
Xatırladaq ki, daha əvvəl cüdoçularımızdan Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq) və Hidayət Heydərov (73 kq) qızıl, Əhməd Yusifov (60 kq) isə bürünc medal qazanıb.