• Oktyabr 21, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün “Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu keçirib.

Təmsilçimiz Bakıda Estoniyanın “Kalev” komandasını qəbul edib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma maraqlı və gərgin mübarizə şəraitində keçib. Yekunda komandamız rəqibi üzərində 95:84 hesablı qələbə qazanıb.