
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub.
Altmış üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici final görüşündə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, klubumuzun digər yunan-Roma güləşçisi Elmir Əliyev (55 kq) isə finala vəsiqəni təmin edib. O, sabah həlledici görüşə çıxacaq.