Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir. Yarışın altıncı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçisi Günay Qurbanova bu gün (59 kq) mükafata sahib olub. Xanım güləşçimiz italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.
Qeyd edək ki, sərbəst güləşçimiz Kənan Heybətov (70 kq) sabah final görüşünə çıxacaq.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçisilərindən Elmir Əliyev (55 kq) və Ziya Babaşov (60 kq) qızıl, Ruslan Nurullayev (72 kq) isə bürünc medala layiq görülüb.
