Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Kənan Heybətov (70 kq) final görüşündə iranlı Sina Xəliliyə 9:4 hesabı ilə qalib gələrək mundialın qalibi olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçisilərindən Elmir Əliyev (55 kq) və Ziya Babaşov (60 kq) qızıl, Ruslan Nurullayev (72 kq) isə bürünc medala layiq görülüb. Qadın güləşçilərimizdən isə GünayQurbanova (59 kq) üçüncü yeri tutub.
