Bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları üz-üzə gəlib. I qrupunda yer alan “Neftçi” basketbol komandası “Abşeron Lions”la qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş təmsilçimizin 104:86 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Neftçi” indiyədək qrupda keçirdiyi oyunlardan birində Polşa təsmilçisi “Trefl”ə (63:92) məğlub olub, digərində isə Estoniyanın “Kalev” komandası (95:84) üzərində qələbə qazanıb.
