“İlk öncə təbrik edirəm, həm azarkeşləri, həm rəhbərliyi, həm də oyunçuları. Bizim müdafiədə əsas məqsədlərimizdən biri oyunu sakitləşdirmək, tempi aşağı salmaq idi. Axıra yaxın bizim üçün o qədər də uğurlu olmadı. Ancaq bizim üçün vacib olanı o idi ki, Camal Bey ilə Stefan Keniç zədələrdən sonra qayıtmışdılar. Hələ də nasazlıqları olsa da, xarakter göstərdilər, yaxşı oynadılar. Birinci hissədə bir sıra mənasız səhvlər buraxdıqdan sonra ikinci hissədə daha yaxşı oynadıq. Ancaq ümumilikdə götürdükdə onu deyə bilərəm ki, Azərbaycan üçün çox vacibdir ki, FIBA Avropa Kuboku kimi turnirdə iki klubla və çox keyfiyyətli təmsil olunur. Bu da onu göstərir ki, Azərbaycan basketbolu düzgün yoldadır”.
