“Neftçi” İdman Klubunun paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medala yiyələnib. Paralimpiyaçımız 215 xalla fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, təmsilçimiz noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da bacarığını nümayiş etdirəcək.
Xatırladaq ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl və 2 gümüş medala sahib olmuşdu.