Fransanın paytaxtı Parisdə keçirilən veteran cüdoçular arasında dünya çempionatında “Neftçi” İdman Klubunun Sumqayıt Təlim-İdman Zalının cüdo üzrə məşqçi-müəllimi Vüqar Babayev (66 kq) uğurlu çıxış edib. M3 yaş kateqoriyasında mübarizə aparan təmsilçimiz ilk görüşdə Böyük Britaniya, ikinci və üçüncü görüşlərdə isə Fransa idmançılarına qalib gəlib. Dörddəbir finalda italiyalı idmançını üstələyən Vüqar Babayev yarımfinalda digər Fransa təmsilçisinə məğlub olub. O, bürünc medal uğrunda görüşdə daha bir Fransa idmançısı ilə qarşılaşıb və qələbə qazanaraq bürünc medala layiq görülüb.

