“Neftçi” basketbol komandasının baş məşqçisi Vitali Stepanovski “Trefl Sopot”la oyundan sonra fikirlərini bölüşüb:
“Bu, bizim üçün çox vacib qələbə idi. “Neftçi”nin bütün azarkeşlərini, sevənlərini təbrik edirəm. “Trefl Sopot” çox güclü komandadır. Polşa çempionatında məğlubiyyəti yoxdur, beş qələbə qazanıb. Bu turnirdə də üç qələbə və sıfır məğlubiiyyətlə çıxış edirdi. Biz ilk komanda olduq ki, onları məğlub etdik. Bu qələbəyə görə çox sevinirik, həm kollektiv, həm də komanda olaraq. Hər kəsə öz təşəkkürlərimizi bildiririk. Ancaq düşünürəm ki, bu, yetərli deyil. Bizim qələbələrimiz gələcək, növbəti oyunlarda da qələbələr qazanmağa çalışacağıq”.
