• Noyabr 8, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun cüdoçuları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında inamla mübarizə apararaq 4 medal qazanıblar.
İdmançılarımızdan Hidayət Heydərov (73 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan idmançımız 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.
Digər cüdoçularımızdan Könül Əliyeva (48 kq) gümüş, Aydan Vəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medala yiyələniblər.