Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.“Neftçi” İdman Klubunun cüdoçuları bu gün daha 2 medal əldə ediblər. İdmançılarımızdan Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) mötəbər yarışın bürünc medalına yiyələniblər.
Xatırladaq ki, daha əvvəl cüdoçularımızdan Hidayət Heydərov (73 kq) qızıl, Könül Əliyeva (48 kq) gümüş, Aydan Vəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanmışdılar.

