Yunanıstanın Afina şəhərində kiçikyaşlı yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.
“Neftçi” İdman Klubunun yetirmələri yarışı bir dəst medalla başa vurublar. Taekvondoçularımızdan Əhməd Mürvətov (27 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub. Ümüd Şahbazov (36 kq) ikinci, Günəş Əzimzadə (52 kq) isə üçüncü yeri tutub.
