• Noyabr 10, 2025
  • Redactor Neftchi
  • 0

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.

Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Yığmamız finalda Özbəkistan kollektivi ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmanın heyətində “Neftçi” İdman Klubunun cüdoçularından Hidayət Heydərov, Ruslan Paşayev, Elcan Hacıyev, Uşanqi Kokauri və Aydan Vəliyeva də təmsil olunublar.

Xatırladaq ki, daha əvvəl fərdi yarışlarda cüdoçularımızdan Hidayət Heydərov (73 kq) qızıl, Könül Əliyeva (48 kq) gümüş, Aydan Vəliyeva (52 kq), Ruslan Paşayev (66 kq), Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə bürünc medal qazanmışdılar.