• Noyabr 10, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun boksçusu Səidcəmşid Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında böyük uğura imza atıb. Səksən kiloqram çəkidə çıxış edən idmançımız finalda Türkiyə boksçusu Sultan Osmanlını məğlub edərək qızıl medala sahib olub.