“Neftçi” İdman Klubunun ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını iki medalla başa vurub. İdmançımız birdən qaldırmada 180 kiloqramın öhdəsindən gəlib və gümüş medal qazanıb. O, təkanla qaldırmada 211 kq ağırlığı başı üzərinə qaldırıb. Beləliklə, Dadaş Dadaşbəyli iki hərəkətin cəmində 391 kq qaldırmaqla daha bir gümüş mükafata sahib olub.