• Noyabr 17, 2025
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində 20 yaşadək (U-20) cüdoçular arasında keçirilən Bakı birinciliyinə yekun vurulub. İki gün davam edən yarışa 28 klub və idman cəmiyyətindən 180 cüdoçu qatılıb.
“Neftçi” İdman Klubunun yetirmələri turnirin 5 medalına (3 qızıl, 1 gümüş, 1 bürünc) yiyələniblər. Cüdoçularımızdan Əhməd Rüstəmov (66 kq), Ayan Əliyeva (63 kq) və Əsmər Əliyeva (78 kq) məğlubiyyət tanımayaraq paytaxt birinciliyinin qalibi olublar. Aynur Mirzağayeva (70 kq) ikinci, Bahadır Feyzullayev (60 kq) isə üçüncü yeri tutub.
“Neftçi” İdman Klubu ümumkomanda hesabında turnirin qalibi olub.