• Noyabr 17, 2025
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində milli güləş və kəmər güləşi idman növləri üzrə ölkə birinciliyi və çempionatı sona yetib.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışda müxtəlif yaş qrupu üzrə çıxış ediblər.
İdmançılarımızdan yeniyetmələr arasında Əli Əliyev (50 kq), Ramil Musayev (70 kq) və Emil Abasov (+80 kq) qalib adını qazanıblar. Bağban Əliyev (50 kq), Rza Şiriyev (60 kq), Renat Xeyirov (70 kq) gümüş, Nurlan Musayev, Tahir Əlizadə (hər ikisi 60 kq), Hüseyn Əmirli və Nihad Xalıqov (hər ikisi 70 kq) isə bürünc medala layiq görülüb.
Böyüklərin mübarizəsində Cəsur Mehdiyev (80 kq), Mələkxanım Məmmədova (50 kq), Fidan Əliyeva (60 kq), Aynur Mirzağayeva (70 kq) və İlqarə Məhərrəmova (80 kq) qızıl medala sahib olublar. Nurlan Nəzərov (60 kq), Məhəmməd Əliyev (70 kq) və Məryəm Mehdiyeva (70 kq) ikinci, Nuhan Müzəffərov (60 kq), İbad Əmirov (80 kq), Xəlil Mirzəyev (90 kq), Mirsadiq Həsənli (100 kq), Sadiq Ağamalıyev, Mirmehdi Həsənli (hər ikisi +100 kq), Aynurə Nəzərəliyeva, Gülay Haqverdiyeva (hər ikisi 50 kq), İlahə Əzizzadə (60 kq) və Aysel Şəfiyeva (+70 kq) isə üçüncü yerə çıxıb.