Futbol üzrə İkinci Liqada IX turun oyunları başa çatıb.
Tur çərçivəsində “Qaradağ Lökbatan” bu gün “Kür-Araz” komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşmada komandamız rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.
