“Neftçi” İdman Klubunun güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bir dəst medala sahib olublar.

Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) inamla çıxış edərək finalda Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elnurə Məmmədova (50 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşçimiz Murad Əhmədiyev (97 kq) isə turnirin gümüş medalına layiq görülüb.