“Neftçi” İdman Klubunun taekvondoçusu Mehdi Budaqlı İsveçrənin Eql şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin ilk günündə fəxri kürsüyə qalxıb. Qırx beş kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarışın bürünc medalına layiq görülüb.
