• Noyabr 24, 2025
  • Redactor Neftchi
  • 0

Futbol üzrə İkinci Liqada X turun oyunları davam edir.
Bu turda “Qaradağ Lökbatan” “Şirvan” komandasının qonağı olub. Şirvan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib. Qəzənfər Abbasovun yetirmələri rəqib üzərində 5:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bununla da xallarının sayını 27-yə çatdıran “Qaradağ Lökbatan” turnir cədvəlinin liderliyinə yüksəlib.