• Noyabr 25, 2025
  • Redactor Neftchi
  • 0

“Sərhədçi” İdman Mərkəzində yeniyetmələr, gənclər və böyüklər arasında kunq-fu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Kunq-fu Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən yarışda respublikanın rayon və şəhərlərindən 35 komandanın tərkibində 400 idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubu turnirə 14 yetirməsi ilə qatılıb. Təmsilçilərimiz inamla çıxış edərək yarışı 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurublar.
Qeyd edək ki, turnirin mükafatçıları ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər.