Bu gün futzal üzrə Yüksək Liqada IX turun oyunlarına start verilib.
Turun mərkəzi qarşılaşmasında “Neftçi” “Baku Fire” ilə üz-üzə gəlib. “Olimpik Star” da təşkil olunan görüş maraqlı və gərgin mübarizə şəraitində keçib. Yekunda indiyədək məğlubiyyət tanımayan komandamız güclü rəqibi üzərində 8:4 hesablı qələbə qazanıb.
Bu qələbə sayəsində xallarının sayını 25-ə çatdıran “Neftçi” turnir cədvəlində liderliyini davam etdirir.
Qeyd edək ki, keçirdiyi doqquz oyundan səkkizində qələbə qazanan və bir dəfə heç-heçəyə razılaşan komandamız indiyədək rəqiblərin qapısına 89 dəfə yol tapıb və 24 top buraxıb.

