• Dekabr 13, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin qrup mərhələsində üçüncü turun oyunlarına start verilib.
B qrupunda yer alan SOCAR komandası Səhiyyə Nazirliyinin kollektivi ilə qarşılaşıb. Xətai rayonundakı “Azfar” stadionunda keçirilən matç təmsilçimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb.