• Dekabr 20, 2025
  • Redactor Neftchi
  • 0

Boks Mərkəzində Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar elm xadimi, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Vətənə xidmətə görə” ordenli, professor Ağacan Abıyevin şərəfinə həsr olunmuş boks üzrə turnir keçirilib.
“Neftçi” İdman Klubunun yetirmələri yarışda 8 medala (2 qızıl, 1 gümüş, 5 bürünc) yiyələniblər.

Boksçularımızdan Əli Əliyev (57 kq) və İbrahim Tarverdiyev (+90 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Şakir Nəcəfov (60 kq) gümüş medala layiq görülüb. Digər idmançılarımız – Böyükağa Bəylərov (38 kq), Yavər Qurbanlı (40 kq), Ələkbər Məmmədli (44 kq), Balahəd Bağırlı (48 kq) və Əlisalim Səfərov (54 kq) isə üçüncü yeri tutublar.