Bu gün futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında XIV turun oyunlarına start verilib.
“Qaradağ Lökbatan” bu tur çərçivəsində “Araz Saatlı” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda reallaşan qarşılaşma təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib. Yekunda Qəzənfər Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibi üzərində böyükhesablı qələbə qazanıb – 13:1.
Beləliklə, bu qələbə sayəsində xallarının sayını 39-a çatdıran “Qaradağ Lökbatan” turnir cədvəlinin liderliyinə yüksəlib.
Qeyd edək ki, indiyədək keçirdiyi 14 oyundan 13-də qələbə qazanan komandamız cəmi bir dəfə məğlub olub. Rəqiblərinin qapısına 58 dəfə yol tapan təmsilçimiz 8 top buraxıb.



