• Dekabr 24, 2025
  • Redactor Neftchi
  • 0

Dekabrın 23-də Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, həmçinin idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirə biz də “Neftçi” İdman Klubu olaraq qatıldıq.
Tədbirdə Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2025-ci ilin ən yaxşılarını açıqlayıb.
“Dövlət qurumları arasında idman yarışlarının qalibi” nominasiyasında SOCAR ikinci pillədə qərarlaşıb.
Klubumuz ilin “Ən yaxşı idman klubu” nominasiyasında ikinci yeri tutub.
Mükafatlar “Neftçi” İdman Klubu İdarə Heyətinin sədri Hafiz Zeynalova təqdim olunub.
“Neftçi” İdman Klubunun təmsilçiləri – Jalə Əliyeva (güləş) ilin ən yaxşı qadın, Həsrət Cəfərov (yunan-Roma güləşi) isə ən yaxşı kişi idmançısı adına layiq görülüb. Digər atletimiz İsa Rüstəmov (ağırlıqqaldırma) isə ilin ən yaxşı kişi idmançıları arasında üçüncü pillədə qərar tutub. İlin “Ən yaxşı paralimpiyaçısı” nominasiyasında hər üç mükafata “Neftçi” İdman Klubunun təmsilçiləri layiq görülüb: İlham Zəkiyev (paracüdo) birinci, Roman Saley (paraüzgüçü ) ikinci, Kamran Zeynalov (paragüllə atıcılığı) isə üçüncü olub.
İlin sonunda əldə olunan bu uğurlar hamımızı sevindirir. Təltif edilən bütün idmançılarımızı ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.