• Yanvar 10, 2026
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin qrup mərhələsində V turun oyunları keçirilir.
Bu gün B qrupunda çıxış edən SOCAR komandası Əqli Mülkiyyət Agentliyinin kollektivi ilə qarşılaşıb. Xətai rayonundakı “Azfar” meydançasında reallaşan görüş SOCAR komandasının böyükhesablı qələbəsi ilə sona yetib – 16:2.