Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə start verilib.
SOCAR komandası ilk turda “Rosko” ilə üz-üzə gəlib. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında təşkil olunan qarşılaşmada təmsilçimiz rəqibini 6:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.
