• Yanvar 11, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun təmsilçiləri Bakı İdman Sarayında keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatında böyük uğura imza atıblar. Belə ki, yarışda əzmkarlıq nümayiş etdirən idmançılarımız çempionatın 49 medalına (15 qızıl, 12 gümüş, 22 bürünc) sahib olublar. Yunan-Roma güləşçiləriimiz 27 (9 qızıl, 7 gümüş, 11 bürünc), sərbəst güləşçilərimiz isə 22 medal (6 qızıl, 5 gümüş, 11 bürünc) qazanıblar.

Qeyd edək ki, klubumuzun həm yunan-Roma, həm də sərbəst güləşçiləri ümumkomanda hesabında Azərbaycan çempionatının qalibi olublar.