• Yanvar 12, 2026
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında sambo üzrə Azərbaycan çempionatı və birincilikləri keçirilib.

“Neftçi” İdman Klubunun yetirmələri inamla çıxış edərək turnirin 19 medalına (12 qızıl, 2 gümüş, 5 bürünc) yiyələniblər.

Yeniyetmələr arasında Yusif Əliyev (64 kq), Elvin Eldarov (71 kq) və Elgün Şirəlizadə (79 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq ölkə çempionluğunun sevincini yaşayıblar.Gənclərin mübarizəsində Sadiq Nadirov (79 kq), Rəsul Arzumanov (88 kq), Tuncay Şamil (98 kq) və Hacıbaba İmaməliyev (+98 kq) eyni uğuru təkrarlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvin Eldarov (71 kq) gümüş, Nurlan Nəcəfov (79 kq) və Hüseyn Məsimov (98 kq) isə bürünc medal qazanıblar.

Böyüklər arasında Sahib Babayev (58 kq), Ricad Nadirov (79 kq), Adil Adilzadə (88 kq), Ağani Məmmədov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) məğlubiyyət tanımayaraq qızıl medala sahib olublar. Rəcəb Tofikov (58 kq) ikinci, Nicat İsmayılov (64 kq), Əhməd Ağayev (79 kq) və Şamil Tuncay (98 kq) isə üçüncü yeri tutublar.