Bu gün Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirində ikinci tura start verilib.
D qrupunda çıxış edən SOCAR komandası bu tur çərçivəsində “Grand Agro” ilə qarşılaşıb. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında keçirilən oyun komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 10:0.
