Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin qrup mərhələsində VI turun oyunları başa çatıb.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda B qrupunda təmsil olunan SOCAR komandası Dənizkənarı Bulvar İdarəsinin kollektivi ilə üz-üzə gəlib. Böyükşor Bulvarındakı “Azfar” meydançasında gerçəkləşən matçda komandamız rəqibinə 11:2 hesabı ilə qalib gəlib.








