• Yanvar 19, 2026
  • Redactor Neftchi
  • 0

Bakı Atletika Mərkəzində atletika üzrə paytaxt cempionatı (qapalı məkanda) keçirilib.

“Neftçi” İdman Klubunun təmsilçilərindən Lamiyə Vəliyeva 60 metr (7.62) və 200 metr (24.46) məsafəyə qaçışda finişə hamıdan tez çatıb. O, 200 metrdə həm də Azərbaycan rekordunu yeniləyib. Bülbül Babayev hündürlüyə tullanma (1, 86 metr), İsmayıl Əliyev (17, 34 metr) isə nüvəitələmə yarışında eyni uğura imza atıb. Raul Nəsibov isə üçtəkanla tullanma növündə (11, 89 metr) bürünc medal qazanıb.