• Yanvar 29, 2026
  • Redactor Neftchi
  • 0

Kişi və qadın boksçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Bakı Boks Mərkəzində keçirilən yarışa ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, idman cəmiyyətlərini təmsil edən 33 komandanın heyətində 166 idmançı qatılıb.
“Neftçi” İdman Klubunun boksçuları inamla döyüşərək ölkə çempionatının 13 medalını qazanıblar və ümumkomanda hesabında birinci yeri tutublar.
İdmançılarımızdan Emili Rzayeva (60 kq) qadınlar arasında təşkil olunan yarışda bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Aysu İsmayılova (48 kq) isə üçüncü pillədə qərarlaşıb.
Kişilərin mübarizəsində Nicat Hüseynov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Murad Allahverdiyev (80 kq) və Rauf Rəhimov (90 kq) bütün döyüşlərdən qalib ayrılaraq ölkə çempionu olublar. Malik Həsənovla (65 kq) Sərxan Əliyev (70 kq) gümüş, Yusif Soltanov (50 kq), Tayfur Əliyev (60 kq), Tağı Nəsibov (60 kq) və Bayram Əhmədov (90 kq) isə bürünc medal qazanıblar.