• Fevral 1, 2026
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin qrup mərhələsində VIII tura yekun vurulub.
Bu gün B qrupunda çıxış edən SOCAR komandası Gənclər və İdman Nazirliyinin kollektivi ilə qarşılaşıb. Böyükşor Bulvarındakı “Azfar” meydançasında reallaşan görüş SOCAR komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.