Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, “Atletika” İdman Klubunun təşkilatçılığı və Dünya Atletikasının dəstəyi ilə Əməktar məşqci Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Bakı beynəlxalq turniri (qapalı məkanda) keçirilib. Bakı Atletika Mərkəzində təşkil olunan memorialda yerli idmançılarla yanaşı, Tacikistan və Qırğızıstanı təmsil edən 60-a yaxın atlet mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələrindən Lamiyə Vəliyeva qadınlar arasında 60 metr məsafəyə qaçışda finişə hamıdan tez çatıb və qızıl medal qazanıb.
Kişilərin mübarizəsində isə Raul Nəsibov üçtəkanla tullanma yarışında beynəlxalq turniri üçüncü pillədə başa vurub.

